вторник, 5 мая 2015 г.

Dəyişən fəsillər

Balaca dostum, 21 mart – Şimal yarımkürəsində Yaz fəsli başlayır.
Yazda günlər uzanmağa başlayır. Gecələrsə qıalır. Havanın hərarəti artır.
Bahar fəsli gələndə qarlar əriyir. Sular buxarlanaraq göyə çıxır və bulud əmələ gəlir. Göydə yığılmış buludlardan bol yağış yağmağa başlayır.
Baharın gəlişi ilə əkinlər yaşıllaşır. Hər yer çobanyastığı, bənövşə, lalə kimi çiçəklərlə bəzənir.
Qışda qupquru olan ağac budaqları bahar fəslində canlanır. Rəngbərəng çiçəklər açır. Meyvə ağacları yüzlərlə çiçək verir. Bu çiçəklər meyvə olmağa hazırlaşır. Çünki yayda meyvə olacaqlar.Картинки по запросу yaz fesli
Yaz fəslində çiçək açmış bir ağaca baxaq. Sonra da onun qışdakı qurumuş halını düşünək. Cansız quru budaqlara yazda can verən kimdir?
Bahar fəsli canlanma mövsümüdür. Bu fəsildə torpağın altında yaşayan qarışqa, dovşan, soxulcan, siçan, böcək kimi canlılar yerin üstünə çıxırlar. Arılar yuvalarından çölə çıxıb çiçəklərdən bal toplamağa başlayırlar.Картинки по запросу yaz fesli
Kəpənəklər qozalarından çıxıb, əlvan qanadlarını çalaraq uçurlar. Milçəklər yumurtalarından çıxıb yer üzünə yayılırlar.
Torpağın altındakı qarışqalar, pətəkdəki arılar, qozadakı kəpənəklər, yumurtadakı milçəklər baharın gəlişini haradan bilirlər? Onları qaranlıq yerdən gün işığına çıxaran kimdir?
Payız fəslində isti ölkələrə uçub gedən köçəri quşlar yazda geri qayıdırlar. Əgər şimal yarımkürəsində payız olduğu zaman Cənub yarımkürəsində yaz fəsli olmasaydı, zavallı köçəri quşlar gedəcək yer tapa bilməzdilər.Картинки по запросу payız fesli
Dünyanın hər yerinə eyni vaxtda qış gəlsəydi, bir çox köçəri heyvan və quş ölərdi.
Qış yuxusunda heyvanlar baharın gəlişi ilə oyanırlar. Aylarla dərin yuxuya gedən heyvanlar yuxuda olduqları halda baharın gəldiyini necə bilirlər? Oyanacaqları vaxtı onlara kim bildirir?
Qışda ölüb, baharın gəlişi ilə dirilən bütün canlılar Allahı xatırladır. Allah yaratdıqlarını öldürüb, sonra yenidən dirildəcək olandır.