Yazda təbiət

Şaxtalı qışdan sonra  sehrbaz yaz gəlir. Günəş daha da parlaq işıq saçır,  onun şəfəqləri Yeri daha çox isitməyə başlayır. Qar əriyir, tökülən damcıların  cingiltili səsləri eşidilir, küçələrdə gurultu ilə çaylar axır. Yaz, çayları və  gölləri buz həbsindən azad edir, belə ki, yazda buzlar əriyir.

Sanki, sehrli çubuğun bir toxunuşu ilə ağaclar,  kollar oyanır. Torpağı  zərif  və  yaşıl ot cücərtiləri örtür. Çəmənlərdə və  dağlarda ilk yaz gülləri açır:  zərif  ağ nərgiz gülləri, bənövşələr  və s. Heyvanlar  qış yuxusundan oyanır, isti ölkələrdən köçəri quşlar geri qayıdır. Təbiət qış  yuxusundan oyanır və çiçəklənir.

Комментариев нет:

Отправить комментарий